Uzun və qalın saçlara sahib olun

Saçlarınızın daima baxımlı olmağı üçün effektiv maskalardan istifadə etmək lazımdır. Saç maskalarını yumazdan 1 saat və ya yarım saat əvvəl çəkmək məsləhət görülür.

Saç uzadan maska

Çox effektli bir maskadır, bu maskanı “xardal maskası” adlandırırlar, bir ay ərzində saçları 15 sm qədər uzada bilir.

2 xörək qaşığı xardal tozunu (ədviyyat şöbəsində satılır) qaynar su ilə qarışdırmaq
2 xörək qaşığı qaynar su
1 ədəd yumurtanın sarısı
2 xörək qaşığı zeytun (şaftalı, dulavratotu və digər kosmetik yağlardan biri)
2 çay qaşığı şəkər tozu (şəkər nə qədər çox olsa, xardal bir o qədərdə “acı”).
Saçların arasında baş dərisinə çəkilir. Salafan paketlə baş sarılır. Başdakı yanğıdan asılı olaraq 15 dəqiqədən 1 saatadək gözləmək lazımdır.  Yox əgər başınızı yandırırsa,  15-20 dəqiqə gözləməniz kifayətdir. Daha sonra başınızdan maskanı ilıq su ilə, yüngülcə yaxalayın və şampunla yuyun.

Saç tökülmələrinə saç maskası

Tərkibi:
1 qaşıq gənəgərçək yağı
1 qaşıq soğan şirəsi (lakin mütləq şirə, sıyıq olsa saçlarınız iy verəcək)
1 qaşıq kalendula qarışığı
1 qaşıq istiot qarışığı
1 qaşıq bal
1 qaşıq konyak
1 ədəd yumurtanın sarısı
Qaşığın ölçüsü saçın qalınlığından asılıdır. Başa sürtdükdən sonra papaq taxıb, rahatlıqla işlərini görə bilərsən.

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: