Vaqif Mustafazadənin xatirəsinə həsr olunmuş konsert keçirilib – FOTO-lar

Martın 16-da Heydər Əliyev Sarayında görkəmli bəstəkar və pianoçu Vaqif Mustafazadənin xatirəsinə həsr olunmuş konsert proqramı keçirilib.

Milli.Az xəbər verir ki, konsertdə xalq artisti Faiq Sücəddinov, əməkdar artist Akif Süleymanbəyli, əməkdar incəsənət xadimi Cavan Zeynallı, “Səs Azərbaycan” müsabiqəsinin qalibi Emiliya Yaqubova, Teymur Süleymanbəyli, Azad Şabanov, Humay Süleymanbəyli, Hüseyn Abdullayev, Nəzrin Zərbəliyeva, Natavan Cəbizadə, Tofiq Həsənsoy, “Aysel” rəqs qrupu və V.Mustafazadə adına 2 saylı uşaq incəsənət məktəbinin istedadlı şagirdləri iştirak ediblər.

İfaçılar caz musiqisi axşamında Vaqif Mustafazadənin müəllifi olduğu əsərləri səsləndiriblər.

Konsertin informasiya dəstəyi Trend.az, Milli.az və Day.az-a məxsusdur.
Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: