“YARAT”da növbəti qrup sərgisi

Dekabrın 15-də “YARAT” Müasir İncəsənət Mərkəzində “Dağılaraq zirvələrə doğru qalxırıq” adlı qrup sərgisi açılacaq.

Mərkəzdən bildirilib ki, sərgi müxtəlif mədəniyyətlərin tarixlərinə və monumentallığa, habelə insan entropiyasının və yenidən oyanışın sabit vəziyyətdə olan münasibətlərini araşdırır.

Sərgini ziyarət edənlər, rəssamlar – Reza Arameşin, Vaciko Çaçxianinin, Yan Fabrın, Qoşka Matsuqanın və Stefen Q.Rodsun yaratdığı əsərlər vasitəsilə itki və unutqanlıqla davamlı mübarizə apararaq irəli getmək üçün ikili ambisiyadan yararlana biləcəklər.

Gələn il fevralın 18-dək davam edəcək sərginin kuratorları tanınmış rəssam Suad Qarayeva-Maleki və Björn Geldhofdur.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: