“Yay gecəsində yuxu” tamaşası üzərində son məşqlər gedir

Əsas heyəti fiziki məhdudiyyətli şəxslərdən ibarət inklüziv ƏSA Teatrı aprel ayında dahi ingilis dramaturqu Uilyam Şekspirin “Yay gecəsində yuxu” romantik komediyasını səhnələşdirəcək.

Teatrdan bildirilib ki, baş meneceri Nicat Qulam olan tamaşa artıq hazırdır.

Bildirilib ki, səhnə əsərində 10-u fiziki məhdudiyyətli olmaqla 15 aktyor iştirak edəcək.

Tamaşanın quruluşçu rejissoru Şamil İbrahimov, ikinci rejissoru isə teatrın bədii rəhbəri Nihad Qulamzadədir. Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: