Zippo – dünyaca məşhur alışqan

Zippo alışqanı ilk dəfə 1933-cü ildə istehsal edilməyə başlayıb. 80 ildən çox bir vaxt ərzində yarım milyondan çox alışqan satılıb və Zippo markası Harley-Davidson, qamburqerlər və Levi’s kimi amerikan simvoluna çevrilib.

Şirkətin tarixi 1932-ci ildən başlayır. Deyilənə görə, Zippo Manufacturing Company şirkətinin gələcək sahibi Corc Bleysdell dostu Dik Dresserin əlində benzinlə işləyən köhnə avstraliya alışqanı görür və nə üçün onun normal bir alışqan almadığını soruşur. “Çünki bu alışqan işini layiqincə görür” – deyə cavab verən Dresser güclü külək əsməsinə baxmayaraq alışqanla siqarını yandırmağa müyəssər olur.

Öncə Corc Bleysdell eyni avstraliya alışqanlarını Amerikada satmağa çalışır lakin alışlar müvəffəqiyyətsizliyə uğrayır. O heç bir dənə də olsun alışqan sata bilmir.

Bundan sonra o Zippo istehsal edən balaca bir fabrika açır və orada ilkin olaraq 6 nəfər işçi çalışır.

İlk Zippo alıçqanı Bredfordda şirkətin muzeyində saxlanılır. Bu alışqana Corc Bleysdelin öz əli ilə yazılmış kağız qeyd də bərkidilib. Qeyddə bu sözlər yazılıb: “İlk Zippo alışqanı. Toxunmayın”

Deyilənlərin əksinə Zippo alışqanının quruluşu üzərində Corc Bleysdell tək çalışmayıb. 2032695 nömrəli patent Corc Qimera adlı şərikinin adına yazılıb.

Zippo üzərində reklam şüarları artıq 1936-cı ildə peyda olur. Öz loqotipi ilə ilk Zippo alışqanları partiyası sifariş edən Kendall Oil adlı neft şirkəti olur.

Ən çox tanınan Zippo reklamı 1937-ci ilin dekabr ayında Esquire jurnalında nəşr edilir.

Corc Bleysdell İkinci Dünya müharibəsi dövründə Amerika ordusu üçün rəsmi alışqan təchizatçısına çevrildiyi zaman yaxşı gəlir əldə etməyə başlayır.

Keçən əsrin 50-ci illərində qızıl və gümüş suyuna çəkilmiş Zippoların istehsalına start verilir. Bir qədər sonra isə 750 ayarlı qızıldan hazırlanmış modellər işıq üzü görür. Bu alışqanlar seriya istehsalı olan ən bahalı alışqanlar idilər və qiymətləri 8 min ABŞ dollarına çatırdı.

Şirkətin öz analizlərinə görə, Zippo alışqanları mindən çox filmlərdə görünür və ya personajlar tərəfindən istifadə olunur. Zippo Manufactoring Company əmin edir ki bu filmlərdə alışqanların bilərəkdən istifadə edilməsi heç vaxt şirkət tərəfindən planlaşdırılmayıb.

Kolleksiyaçı tərəfindən alışqan üçün ödənilən ən baha məbləğ 37 min dollar təşkil edir və bu da 1933-cü il modelinin Zippo Manufacuring Company-nin 2007-ci ildə özünün təşkil etdiyi hərracda alınması zamanı baş verib.

Kolleksiyaçılar arasına ən populyarlıq qazanan alışqanlar “Vyetnam” alışqanlarıdır. Əsgərlər onların üzərində öz adları, xidmət illəri və aid olduqları hərbi birləşmələri ilə bağlı qravüralar elətdirirdilər. Belə Zippolardan çox az qalıb.

Zippo alışqanları 14.2 m/s sürətlə əsən küləkdə belə sönmürlər.

6 oktyabr 2013-cü ildə Olimpiya estafeti zamanı alof qəflətən sönür və mühafizə əməkdaşlarından biri onu Zippo alışqanı ilə yenidən yandırır. Bu şəkil demək olar ki ani olaraq Zipponun feysbuk səhifəsinə yayımlanır və #ZippoSacesOlympics həştəqi ilə müşayiət olunur. Bu reklam Rusiyada birmənalı qarşılanmır, lakin bu hadisəni yeri gəldikcə xatırlayırlar.

Maraqli.info

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: