“Zövq” adlı sərgi keçiriləcəkdir

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi kompleksində 14 dekabr 2016-cı il saat 12:00-da “Zövq” adlı sərgi keçirilir.
Sərgi Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və ADRA-nın müəllimi, peşəkar fotoqraf Tahir Məmmədovun birgə əməkdaşlığı ilə keçirilir. Nümayiş olunan fotolar T. Məmmədovun tələbələrinin və həvəskar rəssamların çəkdiyi şəkillərdən ibarətdir.
Sərgidə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının demək olar ki, bütün fakultələrində təhsil alan tələbələrin işləri nümayiş olunur. Mövzu etirbarilə sərbəst mövzuda şəkillər sərgilənir. O cümlədən, nümayiş olunacaq fotolar fotoqrafiyanın bütün janrlarını əhatə edir. Sərgilənən fotolar mənzərə, portret, həmçinin digər janr və istiqamətdədir.
Xatırladaq ki, bugünədək Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində Tahir Məmmədovun tələbələrinin “İşıq” və “Zövq 1” adlı foto sərgisi keçirilmişdir. Artıq ənənəvi hal alan bu sərginin ötən sərgilərdən üstünlüyü ondan ibarətdir ki, fotoqrafiya sahəsində çalışan gənclərin maraq obyekti olan mövzular üstünlük təşkil edir .
Sərgidə 80-dən artıq bədii fotoqrafiya nümunəsi nümayiş olunur. Sərgi 2016-cı il 17 dekabr tarixinədək davam edəcəkdir.
Sərginin rəsmi açılış mərasimi 14 dekabr 2016-cı il tarixində saat 12:00-da Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində (H. Əliyev pros. 24) keçirilir. Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: