FinansIqtisadiyyatTurizmTəqdimat

Ədliyyə əməkdaşlarına özəl Tam KASKO sığortasına 30% endirim

PAŞA Sığorta şirkəti endirimli kampaniyalarla müxtəlif peşə sahiblərini sevindirməyə davam edir! Belə ki, 22 Noyabr Ədliyyə İşçilərinin Peşə Bayramı gününə özəl başlayacaq olan növbəti kampaniyaya əsasən,ədliyyə strukturları, məhkəmələr və istintaq sahələrində əvəzsiz rolu olanədliyyə əməkdaşlarıTam KASKO məhsulu üzrə 30% endirimdən yararlana biləcək. Qeyd edək ki, endirimdən yararlanmaq istəyən əməkdaşlar dekabr ayının sonunadək iş yerinə dair müvafiq sənəd təqdim etməklə avtomobillərini tam 30% endirimlə yol-nəqliyyat hadisəsi, kənar şəxslərin qanunazidd hərəkəti, atılmış/düşmüş əşya, təbii fəlakət və s. risklərdən sığortalaya biləcəklər.

KASKO sığortasını əldə etmək, həmçinin kampaniya barədə ətraflı məlumat üçün *7000 sığorta məsləhətləri xətti ilə əlaqə saxlaya və ya https://bit.ly/2ER80C6 keçidi ilə onlayn müraciət edə bilərsiniz. Bununla yanaşı, avtomobilin marka/modeli, istehsal tarixi, təqribi bazar dəyəri, əlaqə nömrəsi kimi məlumatları, həmçinin şəxsiyyət vəsiqəsi və avtomobilin qeydiyyat şəhadətnaməsinin şəklini mesaj olaraq PAŞA Sığorta şirkətinin rəsmi Facebook səhifəsinə ( https://www.facebook.com/pasha.insurance/ ) göndərərək qiymət təklifi əldə etmək mümkündür.

Hazırda qeyri-həyat sığorta sektorunun lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan PAŞA Sığorta 300.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi “PAŞA Sığorta” ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini “BB”, reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

 

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!