“Əl əməyi, göz nuru” satış sərgisinə start verilib

Martın 7-də Park Bulvar Ticarət Mərkəzində Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının(AQSİA) təşkilatçılığı ilə “Əl əməyi, göz nuru” adlı sayca 45-ci satış sərgisinə start verilib.

AQSİA-dan Frame.az-a bildirilib ki, 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilən sərgidə dülgərlik inciləri və rəsm əsərləri, kəlağayılar, orijinal bijuteriya məhsulları, şamdan və sabundan suvenirlər, orqanik qida məhsulları, təkəlduz məhsulları, milli ornamentli xalçalar, toxuma məhsulları, dekorativ əl işləri alıcılara təqdim olunub. Sərgi üç gün ərzində saat 10:00-dan 20:00-dək davam edəcək.

Kiçik sahibkar qadınlara dəstək məqsədilə təşkil olunan satış sərgisinin açılışında deputatlar, ictimaiyyət nümayəndələri, mədəniyyət xadimləri və media təmsilçiləri iştirak ediblər.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Arzu Nağıyev AQSİA-nın təşkil etdiyi bu sosial layihənin kiçik sahibkarlar, qadınlar üçün əhəmiyyətli olduğunu bildirib və hər kəsi sərgiyə dəstək verməyə çağırıb.

AQSİA-nın İdarə Heyətinin sədri Səkinə Babayeva satış sərgisinin ərsəyə gəlməsinə dəstək olanlara təşəkkürünü bildirib.

Açılış mərasimi mədəniyyət nümayəndələrinin təbrikləri ilə davam edib.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!