Ətraf mühit və iqlim dəyişmələri üzrə nazirlər görüşünün 3-cü sessiyası keçirilib

Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrinin Ətraf mühit və iqlim dəyişmələri üzrə nazirlər görüşünün onlayn formatda 3-cü sessiyası keçirilib.

Tədbirin keçirilməsində məqsəd ətraf mühit və iqlim dəyişmələri sahəsində ötən dövr ərzində əldə olunmuş nailiyyətlərin qiymətləndirilməsi və növbəti illər üçün əsas prioritetlərin müzakirəsidir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Frame.az-a bildiriblər ki, görüşdə Azərbaycanı təmsil edən ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev iştirakçılara Azərbaycanda ətraf mühitin mühafizəsi, o cümlədən iqlim dəyişmələrinə təsirin azaldılması istiqamətində görülən tədbirlər barədə məlumat verib.

Eyni zamanda, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində “ağıllı şəhər”, “ağıllı kənd”, təmiz texnologiyaların tətbiqi və “yaşıl enerji zonası”nın yaradılması vasitəsilə iqlim dəyişmələrinə təsirlərin azaldılması üçün yeni imkanların yarandığı barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: