01-30 aprel 2018-ci il dövrü üzrə məlumatların hesabatına yekun vurulub
Media monitorinqin əhatəsinə daxil olan məlumatlar say, xarakter və məzmun üzrə təhlil olunub, sektorlar üzrə şirkətlərin media reytinqi hesablanıb.
Qeyd edək ki, Şirkətin media monitorinq qrupu 10 Televiziya, 55 çap və 600 on-line media daxil olmaqla 665-dən çox mənbəni, eyni zamanda sosial şəbəkələri izləyir. Şirkət hazırda 20 sektorun, o cümlədən Enerji-yanacaq, Telekommunikasiya, Bank, Sığorta, Otelçilik və Turizm, İnşaat, Ərzaq, Tibb, İçki, Avtomobil, Təhsil və sair sahələrin media monitorinqini aparır.
Aparıcı 3 sektor üzrə adı mediada ən çox adı hallanan qurumları təqdim edirik. Məlumatların sayına görə mobil rabitə şirkətləri arasında Bakcell (1400 məlumat), banklar arasında Azərbaycan Beynəlxalq Bank (825 məlumat), ali məktəblər arasında BDU (1686), otellər arasında Landmark (174) , sığorta şirkətləri arasında Paşa Sığorta(172 məlumat) irəlidədir.
Qeyd edək ki, daha dolğun nəticələr facebook səhifəsində yerləşdirilib:
https://www.facebook.com/MediaConsultingServices/
Frame.az