EventsSosialTəqdimat

Bakıda “Zəfər günü” ilə bağlı “Hər ürək bir dünyadır” adlı tədbir keçirilib

Şəhər restoranlarının birində  “Zəfər günü” ilə bağlı “Hər ürək bir dünyadır”  devizi ilə silsilə şəkildə keçirilən  tədbir məhz şəhid və qazi ailələrinə həsr edilib.

Tədbir Azərbaycan Savat Federasiyasının mətbuat rəhbəri aparıcı ,təşkilatçı Fidan Oruc Əliyeva və təşkilatçı Ellada Əmiraslanova tərəfindən keçirilib. Sahibkar Eldar Rəfiyev və The maiden Tower parfumunun dəstəyi ilə təşkil edilən tədbirdə şəhid və qazi ailələri ilə yanaşı Milli Məclisin deputatları Vüqar İskəndərov,Kamilə Əliyeva,Ceyhun Məmmədov  eləcədə Həyat Fondunun rəhbəri,xeyriyyəçi Hacı Nuran Hüseynov, Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi , zəfər carçımız, “Qələbə Paradı “ssenari müəllifi ,palkovnik Abdulla Qurbani kimi fəxri qonaqlar iştirak ediblər.

Diqqətə çatdırıb ki, üç il əvvəl Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 günlük hərbi əməliyyatlar nəticəsində işğal altında qalan, 300-dən çox yaşayış məntəqəsini, o cümlədən Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad edib.
Noyabrın 8-də 30 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən, Qarabağın tacı Şuşa şəhəri işğaldan azad olunub. Şuşanın azad edilməsi dünya hərb tarixinə qızıl həriflərlə həkk olunub.
Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən işğalından azad olunması müharibənin taleyində həlledici rol oynayıb. Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələnib.
Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə hər il 8 Noyabr-Zəfər Günü qeyd olunur.
Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi yaradılıb.

Tədbirdə tanınmış müğənnilər, media,incəsənət nümayəndələri də iştirak ediblər.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!