EventsMədəniyyətTəqdimat

Məşhur müğənni Engelbert Humperdink “Ulduzlar xiyabanı”nın açılışında iştirak edib

Məşhur müğənni Engelbert Humperdink 11 ildən sonra Bakıya gəlib.

Xalq artisti Emin Ağalarovun dəvəti ilə paytaxtımıza gələn ifaçı “Ulduzlar xiyabanı”nının açılışında iştirak edib.

Ağalarov qırmızı xalıda Humperdinki, media nümayəndələrini və qonaqları salamlayaraq “Ulduzlar xiyabanı” ilə bağlı məlumat verib. O bildirib ki, bu məkan Azərbaycanda və bütün dünyada görkəmli və məşhur müğənnilərə, musiqiçilərə, aktyorlara və rəssamlara həsr olunmuş ilk abidə olacaq.

Emin sözügedən məkanda ulduzlara fərdi avtoqraflar təqdim ediləcəyini əlavə edib. Xiyabanın ilk məşhuru isə əfsanəvi Engelbert Humperdink olub. Açılış mərasimindən sonra Emin Ağalarov və Engelbert Humperdink jurnalistlərin suallarını cavablandırıblar.

Engelbert Bakıda olmaqdan qürur duyduğunu bildirib:

“Azərbaycan kimi məmləkətdə olmağımdan çox şad və bəxtiyaram. Bakını çox sevirəm. Burada özümü əla hiss edirəm. Əhvalım da yaxşıdır. Eminin ideyası olan “Ulduzlar xiyabanı”nda ilk mənim adımın həkk olunmasından isə qürur duyuram”.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!