IdmanTəqdimat

AMADA idman jurnalistləri üçün maarifləndirici xarakterli intellektual-əyləncəli tədbir keçirib

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) Milli Mətbuat Günü münasibətilə idman jurnalistləri üçün maarifləndirici xarakterli intellektual-əyləncəli tədbir keçirib.

Tədbirdə çıxış edən AMADA-nın direktoru Şəfəq Hüseynli media nümayəndələrini təbrik edərək Azərbaycan mətbuatının keçdiyi böyük yoldan danışıb. Antidopinq maarifləndirməsində mətbuatın rolundan da bəhs edən Ş.Hüseynli bildirib ki, AMADA bu istiqamətdə hər zaman mətbuatla sıx əməkdaşliq edir, vaxtaşırı jurnalistlər üçün antidopinq maarifləndirmə tədbirləri keçirir.

Daha sonra jurnalistlər arasında bilik yarışı keçirilib. Böyük rəqabət şəraitində keçirilən yarışda jurnalistlər əsasən antidopinq sahəsində olmaqla, ümumilikdə idman biliklərini sınayıblar. Komandalar halında yarışan jurnalistlər biliklərini sərgiləməklə yanaşı əylənərək, maraqlı vaxt keçiriblər.

Sonda qalib komandanın üzvləri mükafatlandırılıb.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!