EventsSəyahətTəqdimat

“100 saat Astronomiya” adlı tədbir keçirilib

Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası və Tusi-Bohm Planetariumun birgə əməkdaşlığı ilə “100 saat Astronomiya” adlı tədbir keçirilib.

2019-cu ildə Beynəlxalq Astronomiya İttifaqı (BAİ) özünün 100 illiyini və ötən dövr ərzində elm, texnika və mədəniyyəti formalaşdıran astronomik kəşfləri bayram edir. İl boyu qeyd olunacaq tədbirlər astronomiyanın elm, təhsil, davamlı inkişaf və diplomatiyadakı mühüm rolunu göstərəcək.
Yubiley tədbirləri çərçivəsində yanvarın 10-dan 13-dək bütün dünyada 50 ölkədən 250-dən çox tədbir qeydiyyatdan keçib.

Tusi-Bohm Planetariumda dörd gün ərzində məktəblilər üçün “açıq qapı” saatları, “Kosmik kostyum” müsabiqəsi keçirilib və gecə müşahidələri aparılıb. Tədbirdə 700 nəfərdən artıq məktəbli və xüsusi qayğıya ehtiyacı olan uşaq iştirak edib.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!