EventsTəqdimat

11-Cİ HOREX CAUCASUS SƏRGİSİ ÖZ İŞİNİ BAŞLAYIR

6-8 aprel tarixində Bakı Ekspo Mərkəzində 11-ci Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar “HOREX Caucasus 2017” sərgisi keçirilir. Qonaqpərvərlik sahəsində Cənubi Qafqaz və Xəzəryanı regionun yeganə ixtisaslaşmış tədbiri olan “HOREX Caucasus” sərgisi məhsul və xidmətlərin təqdim olunması, aparıcı sənaye şirkətləri, eləcə də  alıcı və tərəfdaşlarla səmərəli fikir və təcrübə mübadiləsi, o cümlədən bazarın rəqabət qabiliyyətinin təhlili və möhkəm işgüzar əlaqələrin qurulması üçün əla imkan yaradır. Sərgini hər il bir çox istehsalçı şirkətlər, məhsul təchizatçıları, ekspertlər, eləcə də geniş istehlakçı auditoriyası ziyarət edir. Bu il sərgidə yuyucu vasitələr, peşəkar təmizlik avadanlıqları, qida emalı avadanlıqları və paslanmayan poladdan hazırlanmış məhsulları və qab-qacaqları, xalçalar təqdim edən Azərbaycan, Hindistan, İsveçrə, Rusiya və digər ölkələrin şirkətləri iştirak edirlər.

DƏSTƏK VƏ TƏŞKİLATÇILAR

Yarandığı gündən etibarən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin fəal dəstəyi ilə keçirilən “HOREX Caucasus 2017” sərgisi dəstəklənir. “Iteca Caspian” şirkətinin təşkil etdiyi bütün tədbirlər Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən dəstəklənir. Sərgini təxminən 50 media orqanı dəstəkləyir və onların arasında “Nərgiz”, “World Economics”, “Azeri Observer”, “TTG Russia”, “Doctor GEO” və “Medeniyyat.az” jurnalları, ASAN Radio, eləcə də “Baku Guide” bələdçi kataloqu yer alır.

 

Bu il sərgi təşkilatçıları təhsil, mədəniyyət və maarifçilik xarakteri daşıyan “Active Mom’s Club” ictimai təşkilatı ilə əməkdaşlığa başlayıblar. Bu cəmiyyətin əsas məqsədi müxtəlif yaş və peşə qrupuna aid olan anaları bir araya gətirmək, onlara ailə ilə əlaqədar mühüm məsələlərin həllində kömək etmək və uşaqlarla birlikdə, maraqlı və başlıcası də faydalı asudə vaxt təşkil etməkdir. “Active Mom’s Club” analar cəmiyyəti “AITF” sərgisinin ziyarətçi və iştirakçılarına unikal zərgərlik məmulatları, əl işi olan kuklalar və bir sıra digər məhsullar təklif edən 10 usta tərəfindən təmsil olunacaq. Dərzi analar sərginin ziyarətçi və iştirakçıları üçün ustad dərsləri hazırlayıblar və onlar burada öz sənətlərinin bəzi sirlərini açacaqlar. Həmçinin, stenddə ziyarətçilərə eksponentlərlə fotoşəkil çəkdirmək üçün foto-zona da yaradılacaqdır.

“HOREX Caucasus 2017” sərgisi 6-8 aprel tarixində yalnız turizm peşəkarları üçün açıq olacaq. 8 aprel tarixində sərginin qapıları yerindəcə tur bron etmək imkanı olan geniş ictimaiyyət üçün açıq olacaq. Sərgi auditoriya ilə belə interaktiv təmas sayəsində öz populyarlığını daha da artırır və eksponentlərə son istifadəçilərin istək və tələblərini proqnozlaşdırmaq imkanı verir. Sərgiyə uşaqlarla gəldiyiniz zaman, onları fəaliyyət göstərəcək xüsusi uşaq guşəsinin peşəkarlarına etibar edə bilərsiniz. Siz sərgi iştirakçıları ilə görüşlər keçirərkən, həmin peşəkar şəxslər uşaqlarınızı faydalı və maraqlı əyləncə növləri ilə sevindirəcəklər. Bu xidməti sizə “Aqil və Bilgi” şirkəti təklif edir. Öz işinin peşəkarları olan bu gənclər çoxdandır ki, maraqlı və qeyri-adi layihələri, eləcə də əyləncəli ekskursiyaları ilə həm uşaqların, həm də onların valideynlərinin rəğbətini qazanıblar. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group” şirkətləri çıxış edirlər. 2017-ci ildə “Iteca Caspian” şirkətinin tərəfdaşları arasında rəsmi səyahət agentliyi “Premier Tour” şirkətləri, o cümlədən “Hyatt Regency” və “Qafqaz Point Hotel” mehmanxanaları (rəsmi otellər), yer alır.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!