12-ci Avropa Film Festivalı yenidən böyük ekranlarda

Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi Aİ-na Üzv Dövlətlərin Azərbaycanda akkreditə olunmuş Səfirlikləri Landmark Biznes Mərkəzi və “CinemaPlus” kinoteatrlar şəbəkəsi ilə əməkdaşlıqda Bakıda 12-ci Avropa Film Festivalını təşkil edəcəkdir. Avropa Film Festivalı 14-25 noyabr tarixlərində keçiriləcəkdir.

Bakıda 12-ci Avropa Film Festivalının on iki unudulmaz Avropa kino günləri keçiriləcəkdir. Proqrama Avropa İttifaqına üzv olan 11 ölkədən (Çex Respublikası, Almaniya, Estoniya, Fransa, Xorvatiya, Latviya, Litva, Macarıstan, Rumıniya, Slovakiya, İsveç) və Ukraynadan 12 filmin nümayişi daxildir.

Festival zamanı Avropa kinematoqrafiyasının ən son tendensiyaları nümayiş olunacaq. Seçilmiş filmlər bütün zövqlərə uyğun olacaqdır. Dram, komediya, tarixi, sənədli və s. janrlarda filmlər nümayiş etdiriləcəkdir.

“Çox şadam ki, hər il keçirilən Avropa Film Festivalını biz bu il böyük ekranlara geri gətirə bildik. Bu, “Avropa Komandası” çətiri altında Aİ və Aİ-na Üzv Dövlətlərin Azərbaycanda ənənəvi və tanınmış təşəbbüslərindən biridir. Biz azərbaycanlı tamaşaçılara Avropanın ən yeni filmləri, mədəniyyəti və dəyərləri haqqında daha çox məlumat əldə etmək, müzakirələrdə iştirak edib əlaqələr qurmaq imkanı vermək istəyirik”, deyə Aİ-nin Azərbaycandakı Səfiri Peter Mixalko bildirmişdir.

Filmlər orijinal dildə, əsasən ingilis, həmçinin Azərbaycan və türk dillərində subtitrlərlə təqdim olunacaq. Filmlər Landmark CineClub (Nizami küçəsi 90) və Deniz Mall-da “CinemaPlus kinoteatrında nümayiş etdiriləcək.

Avropa Film Festivallarının ənənəsinə sadiq qalaraq, “yer birinci gələnindir” prinsipi ilə bütün filmlərə giriş pulsuz olacaqdır.

Azərbaycanda illik ənənəyə çevrilmiş Avropa Film Festivalı Avropa İttifaqı ölkələri ilə Azərbaycan arasında mədəniyyət sahəsində əlaqələrin qurulmasına və inkişaf etdirilməsinə, Avropa film sənayesi vasitəsilə Avropa dəyərlərinin daha yaxşı anlaşılmasına xidmət edir. 2010-cu ildən başlayaraq Avropa Film Festivalları çərçivəsində 158 film nümayiş etdirilmişdir.

Avropa Film Festivalı, filmlərin cədvəli və təfərrüatları ilə bağlı əlavə məlumat üçün www.eeas.europa.eu/delegations/azerbaijan internet səhifəsinə baxın və Aİ-nın Azərbaycandakı Nümayəndəliyinin facebook səhifəsini izləyin https://www.facebook.com/EUDelegationtoAzerbaijan.

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: