2021-ci ildə Formula 1 İsrail Qran-Prisi keçiriləcəkmi?

“Williams”ın Roy Nissani ilə kontraktı çoxlarını təəccübləndirib. İsrailli pilot kiçik seriyalarda yaxşı çıxış etməyib, ötən mövsümdə isə faktiki olaraq iştirak etməyib, lakin “Start Up” şirkətindən kanadalı-israilli sponsorların dəstəyi ilə gözlənilmədən “Williams”la test-pilot kontraktı imzalayıb və 2020-ci ildə çıxış edəcəyi Formula 2-yə qayıdıb.

Frame.az “F1News.ru”ya istinadla xəbər verir ki, “Start Up” artıq 2021-ci ildə Royu komandanın əsas heyətinə qatmaq və İsrail Qran-Prisinin təşkilinə kömək etmək istəyir ki, Nissani növbəti mövsümdə öz trasında çıxış edə bilsin.

Lakin bu cəsarətli planın həyata keçməsi yolunda iki aşkar maneə var, çünki nə İsrailin “Grade 1” lisenziyalı trası var, nə də Royun superlisenziya üçün balları. Qaydalara görə, Formula 1-də çıxış etmək üçün pilot son üç ildə 40 bal toplamalıdır, halbuki Royun hesabında “World Series V8 3.5”də tutduğu dördüncü yerə görə cəmi səkkiz bal var. Öz sponsorlarının iddialı planlarını reallaşdırmaq üçün Nissani bu il Formula 2 mövsümünü azı 3-cü yerdə bitirməlidir.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: