6 saylı Bakı “ASAN xidmət” mərkəzində “Birlikdə yaşadaq” tədbiri təşkil olunub

6 saylı Bakı “ASAN xidmət” mərkəzində könüllülər və əməkdaşlar tərəfindən müxtəlif materiallardan, kağız, taxta, sulu və yağlı boyadan, toxunma iplərdən hazırlanmış incəsənət nümunələri, dekorativ şamlar, aksesuarlar, kitablar həmçinin kiçik sahibkarlar tərəfindən könüllü olaraq dəstək məqsədilə təqdim edilmiş əl işlərinin sərgisi və satışı reallaşdırılıb.

Sərgidə müxtəlif mövzularda 100-ə yaxın sənət əsəri nümayiş olunub. Məqsəd sərgi-satışdan toplanmış məbləğin “YAŞAT” Fonduna köçürülməklə şəhid ailələrinə və yaralananlara dəstək olmaqdır.

Xatırladaq ki, “YAŞAT” Fondu Prezident İlham Əliyevin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə yaradılıb. Fondun əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: