IqtisadiyyatMobil dünyaTurizmTəhsilTəqdimat

ADA-nın “Yay məktəbi” Azercell-də!

Ölkənin lider mobil operatoru ADA Universitetinin təşkil etdiyi “Yay məktəbi”ni qonaq etdi

Yay mövsümündə şagirdlərin asudə vaxtlarının daha səmərəli təşkil edilməsi məqsədilə ADA Universitetinin ənənəvi olaraq həyata keçirdiyi “Yay məktəbi” Azercell-ə səfər edib. Məktəbin “İnformasiya Texnologiyaları həftəsi” çərçivəsində Azercell-in ekspertləri şagirdlərin qarşısında mobil texnologiyaların növbəti inkişaf trendləri, Süni intellekt (AI), ümumilikdə İKT sahəsinin perspektivləri haqqında təqdimatlarla çıxış ediblər.

Həmçinin lider mobil operator tərəfindən hazırlanmış xüsusi proqram iştirakçılara Azercell-in “Şəbəkə Texnologiyaları” departamentinin və “Əlaqə Mərkəzi”nin fəaliyyəti ilə də real iş mühitində tanış olmağa imkan verib. Şagirdlər üçün müxtəlif viktorinalar təşkil edilib, hədiyyələr və sertifikatlar paylanılıb.

Qeyd edək ki, Azercell uzun illərdir ADA Universiteti ilə əməkdaşlıq edir. 10 ildən artıq davam edən bu tərəfdaşlıq çərçivəsində mobil operator ölkədə yeni İKT mütəxəssisləri nəslinin akademik və peşəkar inkişafına töhfə verir. Belə ki, şirkət ADA-nın İKT sahəsində peşəkarların yetişdirilməsi səylərini dəstəkləyərək bu universitetdə təhsil alan tələbələr üçün təqaüdlər ayırır, təlimlər təşkil edir və şirkətdə təcrübə keçmək imkanı yaradır. Bununla yanaşı, lider mobil operator ADA Universitetinin İKT və sahibkarlıq sahələrində qadınların rolunun gücləndirilməsi istiqamətində təşkil etdiyi layihələrə də öz dəstəyini göstərir.

 

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!