FinansIqtisadiyyatTəqdimat

“AFB Bank”-dan “Neftçilər” kampaniyası

Azərbaycan iqtisadiyyatının inkişafında əvəzedilməz rolu olan neftçilərin peşə bayramı yaxınlaşır. Hər zaman müştəriləri üçün sərfəli kampaniyalar keçirən AFB Bank, 20 Sentyabr neftçilərin peşə bayramı ilə əlaqədar “Neftçilər” kampaniyasına başlayır.

”Hər kəs üçün eyni” şüarına sadiq qalan AFB Bankın16-26 sentyabr tarixlərində keçiriləcək “Neftçilər” kampaniyasından neft sektorunda işləyən, rəsmi əmək haqqı kartıAFB Bank-daolan və olmayan bütün müştərilərə komissiyasız və 2% endirimlə kreditlər rəsmiləşdiriləcək.

Qeyd edək ki, “Neftçilər” kampaniyasından ən azı 6 ay davamlı iş təcrübəsi olan işçilər yararlana bilərlər. İllik 18%-dən başlayan kreditin maksimum müddəti 48 aydır. Kampaniya çərçivəsində kredit qismində təqdim ediləcək maksimal məbləğ 15 000 manatdır.

Daha ətraflı məlumat üçün 1545 zəng mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.

Hazırda 11 filial və 5 şöbəsi ilə fəaliyyət göstərən ölkənin aparıcı maliyyə qurumlarından olan AFB Bank ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdır. Daim yenilənən xidmətlər barədə daha ətraflı məlumatı www.afb.az saytından, 1545 zəng mərkəzindən və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrindən əldə edə bilərsiniz.

Frame.az

 

 

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!