AFFA və PAŞA Sığorta arasında VAR sisteminin sponsorluğu ilə bağlı müqavilə imzalandı!

Bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının inzibati binasında AFFA ilə “PAŞA Sığorta” şirkəti arasında VAR sisteminin sponsorluğu ilə bağlı müqavilə imzalanıb.

Bir illik müddət üzrə imzalanan müqaviləyə əsasən, Bakı Olimpiya Stadionunda yerləşən VAR otaqları “PAŞA Sığorta VAR otaqları” adlanacaq.

Müqaviləni AFFA-nın baş katibi Sərxan Hacıyev və “PAŞA Sığorta” ASC-nin İdarə Heyətinin sədri Ülviyyə Cabbarova imzalayıblar.VAR sistemi ölkəmizdə ilk dəfə bu il tətbiq olunacaq. Oyunlar zamanı qayda pozuntusu, səhv müəyyənedilmə, əl ilə oyun və s. kimi hallar baş verərsə, VAR otağına müraciət olunur, həmin görüntülər yenidən izlənilir və şəffalıqla ən ədalətli qərar müəyyən edilir.

Sərxan Hacıyev: “Azərbaycan futbolunda VAR – videoköməkçi hakim sisteminin tətbiqi ilə bağlı prosedur qaydalara uyğun olaraq işlər görülür. Çox şadıq ki, bu sistemin tətbiqində də “PAŞA Sığorta” bizə öz dəstəyini göstərdi. AFFA ilə “PAŞA Sığorta” arasında 2010-cu ildən başlayaraq səmərəli əməkdaşlıq mövcuddur. İnanırıq ki, qarşılıqlı əməkdaşlığımız hər iki tərəf üçün faydalı və uzunmüddətli olacaq”.

Ülviyyə Cabbarova: “Bu gün imzaladığımız sponsorluq müqaviləsinin həm “PAŞA Sığorta”, həm də Azərbaycan futbolu üçün uğurlu olacağına əminik. Qeyd olunduğu kimi, AFFA ilə uzunmüddətli əməkdaşlığımız mövcuddur və bu əməkdaşlığın daha da inkişaf etməsi hər birimizi sevindirir. Ümid edirik ki, VAR sisteminin tətbiqinə verdiyimiz dəstəklə, eyni zamanda, futbol hakimliyində ədalətin daha da çox təmin olunmasına töhfəmizi vermiş olacağıq. Çünki VAR sisteminin əsas məqsədi məhz ədalətli qərarların verilməsinə yardımçı olmaqdır”.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: