AFRA “outlet” ticarətinin inkişaf etdirilməsini təklif edir
Azərbaycanda Pərakəndə Geyim İdxalçıları Assosiasiyasının (AFRA) İdarə Heyətinin Sədri Fərid Novruzi ölkəmizdə “outlet” ticarətinin inkişaf etdirilməsini təklif edir.
Onun sözləriə görə, hazırda Assosiasiya üzvləri ilə “outlet” sektorunun inkişafına dair müzakirələr aparılır. Müzakirələrin nəticəsi olaraq, müvafiq dövlət qurumlarına təkliflərin hazırlanması və təqdim edilməsi nəzərdə tutulur.
1930-cu ildə Amerikada ortaya çıxan “outlet” termini keyfiyyətli markaların məhsullarını ucuz qiymətə almaq fürsəti yaratdığı üçün tezliklə dünyaya yayılmağa başladı. Outlet məhsullar anlayışına: vitrində istifadə edilmiş, fabrikdən birbaşa satılan, istehsal artığı, geri qaytarılmış, endirimli və ya limitli sayda stokda qalan məhsullar daxildir. İlk vaxtlar şirkətlər bu tip məhsullarını öz işçilərinə satırdı, sonradan isə qısa müddətdə müştərilər də hədəf kütləyə çevrildi.Outlet mağazalar həm də nəhəng brendlər üçün məhsullarını satmaq adına gözəl fürsətdir.