Aİİ fəaliyyəti ilə bağlı ümumi iclas keçirib
Azərbaycan İlahiyyat İnstitutu(Aİİ) cari tədris ilində oktyabr ayının nəticələrinə həsr olunmuş növbəti iclasını keçirib.
İnstitut rəhbərliyinin, müəllim heyətinin, bütün əməkdaşların iştirak etdiyi tədbirdəhəmçinin, təhsil müəssisəsininümumi fəaliyyəti və gələcək perspektivləri də müzakirə olunub.
Aİİ rektoru Ceyhun Məmmədov qeyd edib ki, bütün sahələrdə olduğu kimi ölkəmizdə təhsilə, mədəniyyətə, milli-mənəvi dəyərlərin qorunmasına xüsusi diqqət ayrılıb.Rektor Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirlən dövlət-din siyasətinin uğurlarından danışıb. Ölkə Prezidentinin Sərəncamı ilə Aİİ-nin yaradılmasını bu istiqamətdə atılmış ən vacib addımlardan biri olduğunu nəzərə çatdıran İnstitut rəhbəri bu ali təhsil müəssisəsinin dövlətin xüsusi diqqət və qayğısı ilə tam əhatə olunduğunu bildirib.
C.Məmmədov Aİİ-nin məqsəd və hədəflərindən danışıb.Bu mərhələyə qədər İntitutun tədris ilinə hazırlığı ilə tələb olunan – strukturun təşkili, müəllim və işçi heyətinin formalaşdırılmasıilə bağlı bütün işlərin uğurla həyata keçirildiyini bildirən rektor qarşıda duran vəzifələri diqqətə çatdırıb. C.Məmmədov vurğulayıb ki, İnstitutun əsas məqsədizəngin dünyagörüşə, yüksək mədəniyyətə, dərin dini və dünyəvi biliyə malikvətənpərvər mütəxəssislərin yetişdirilməsidir.O,bu məqsədlərə nail olmaq, dövlətimiz tərəfindən göstərilən etimadı doğrultmaq üçün bütün kollektivi daha da əzmkar olmağa və tələbələrlədavamlı ünsiyyətə çağırıb.
Tədbirdə təhsil müəssisənin daxili nizam-intizam qaydaları, tədris prosesinin təkmilləşdirilməsi istiqamətində nəzərdə tutulan və görülməsi vacib olan digər məsələlər geniş müzakirə olunaraq, bir sıra vacib qərarlar qəbul olunub.
Xatırladaq ki, Azərbaycan İlahiyyat İnstitutu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 fevral 2018-ci il tarixli sərəncamı ilə yaradılıb.İnstitutun yaradılmasının əsas məqsədi Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrların və mütəxəssislərin hazırlanmasını təmin etməkdən ibarətdir.
Frame.az