AMADA regionlarda silsilə antidopinq maarifləndirmə tədbirləri keçirir

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) “Dəyərlərə əsaslanan antidopinq maarifləndirmə proqramı” çərçivəsində 5 şəhəri əhatə edən antidopinq maarifləndirmə tədbirləri keçirib.

Agentlikdən Frame.az-a bildiriblər ki, tədbirlər Təhsil Nazirliyi və AMADA-nın birgə təşkilatçılığı ilə Gəncə, Yevlax, Göygöl, Şəmkir və Tovuzda yerləşən idman məktəblərində baş tutub. Hər bir rayonda keçirilən antidopinq təlimləri idmançıların böyük marağına səbəb olub. Belə ki, tədbirlərdə ümumilikdə 18 idman növünü təmsil edən təxminən 500 idmançı, müəllim, məşqçi, həkim və idman məktəblərinin rəhbərliyi iştirak edib.

Təlimlərdə iştirakçılara təməl antidopinq bilikləri – dopinq anlayışı, antidopinq qayda pozuntuları, dopinq testi və təmiz idman dəyərləri haqqında geniş məlumat verilib, bundan bəhs edən videoçarxlar nümayiş etdirilib. Azyaşlı, yeniyetmə və gənc idmançılarla maraqlı interaktiv sorğular və testlər keçirilib. Təlimlərdə xüsusi ilə seçilən idmançılara AMADA tərəfindən müxtəlif hədiyyələr təqdim edilib.

Təlimlər çərçivəsində narkotiklərlə mübarizə mövzusu xüsusi yer tutub. İdmançılara narkotiklərin zərərləri, onun törətdiyi fəsadları haqqında məlumatlar verilib, narkotik və digər zərərli vərdişlərdən uzaq durmaq, sağlam həyat tərzinə malik olmaq üçün idmanın əhəmiyyəti vurğulanıb.

AMADA “Dəyərlərə əsaslanan antidopinq maarifləndirmə proqramı” çərçivəsində silsilə tədbirlərini davam etdirəcək və təlimlər digər regionları da əhatə edəcək.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: