Amerikada yaşayan həmyerlimizin fərdi sərgisi keçirilib
Martın 16-da “Naxçıvan” restoranında “KulturMultur Debut” sosial layihəsinin dəstəyi ilə yazıçı-rəssam Mehriban Əfəndinin ilk debüt sərgisinin açılışı baş tutub.
Qeyd edək ki, həmyerlimiz 20 il Amerikanın Texas ştatında yaşayıb və bu yaxınlarda məhz sərginin açılışı məqsədi ilə Azərbaycana qayıdıb.
Sərgidə 2020-2023-cü illərdə çəkilmiş abstrakt üslubda olan əsərlər nümayiş etdirilib.
Tədbirə gələn qonaqlara açıq bufet təqdim olunub.
Daha sonra sərgi ziyarətçiləri üçün canlı musiqidən ibarət konsert proqramı təqdim olunub.
Sərginin kuratoru Sayalı Bahardır.