Amerikan ulduzlar Bakıda dərs keçdilər
ADDIM təşkilatı Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyinin dəstəyi ilə musiqi və əyləncə sektorunda çalışan, təhsil alan gənclər üçün təlimlər həyata keçirilib. “Musiqi Biznesinin İdarə olunması” mövzusunda keçirilən tədbir 21 sentyabr saat 13:30 da Bakı Amerika Mərkəzində təşkil olunub. Təlimlərdə təşkilatın üzvləri, layihədə tərəfdaş qismində çıxış edən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri və “Səs Azərbaycan” yarışmasının finalçıları iştirak ediblər.
Layihə çərçivəsində təlimçi qismində ölkəmizə ABŞ-dan qastrol səfərinə gəlmiş “Matuto” qrupun üzvləri John Ross, Kevin Hamilton, Rob Curto, Aynsley Povell, Jose de Faria gənclərə musiqi biznesinin fəaliyyət istiqamətləri və idarəçiliyi mövzusunda məlumatlar verib gənclərə dünya musiqi sektorunun sirləri ilə bölüşüblər.
Ustad dərslərin sonunda gənclər və amerikan musiqiçilər birgə musiqilər ifa ediblər. “Matuto”nun solisti John Ros və “Səs ” yarışmasının finalçıları Tofiq Hacıyev, Ləman Dadaşova, Ruslan Alişanın birgə “Qaytar Eşqimi” ifası xüsusi maraq doğurub.
Bundan başqa təlimlərin dinləyicilərinin sertifikatlarla təltif olunublar. Qeyd edək ki layihədə təşkilatı dəstək qismində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti də iştirak edir.
Frame.az