“Atəşgah” Sığorta korporativ müştəriləri və media nümayəndələri üçün ekskursiya təşkil edib

Müştərilərinə daim qayğı və diqqətlə yanaşaraq göstərdiyi xidmət keyfiyyətini günü-gündən daha da artıran Atəşgah Sığorta sadiqlik və əməkdaşlığa görə minnətdarlıq bildirmək məqsədi ilə korporativ müştəriləri üçün xüsusi gün təşkil edib.

Ötən gün Atəşgah Sığorta əməkdaşlıq etdiyi bir çox şirkətin nümayəndələri, eləcə də əməkdaşlıq etdiyi bir sıra media nümayəndələri ilə birgə Qobustan Dövlət Tarixi Bədii Qoruğuna ekskursiya edib. Atəşgah Sığorta ailəsinin önəmli hissəsi olduqlarına görə təşəkkür etmək və münasibətləri daha da möhkəmləndirmək üçün təşkil olunan tədbirdə korporativ müştərilər əyləncə və bilgi dolu bir gün keçirib.

Qobustan Dövlət Tarixi Bədii Qoruğunda Üst Paleolit dövründən tutmuş Orta əsrlərə qədər bəşər tarixinin əsas dövrlərinə aid təmsil olunan petroqliflər, qayaüstü rəsmlərin tarixi barədə tanışlıqla başlayan tur qoruğun tərkibində fəaliyət göstərən muzeydə gəzinti ilə başa çatmışdır. İştirakçılar muzeydə quraşdırılmış xüsusi monitorlardan Qobustanın tarixi haqda nəzəri məlumatlar əldə etmişlər.

Tədbir boyunca müxtəlif şirkətlərin əməkdaşları və media nümayəndələri yeni tanışlıqlar əldə etmiş, həmçinin yeni biznes əlaqələri qurmaq fürsətini də dəyərləndirmişlər.

Qeyd edək ki, sonda iştirakçılar şəhərin dəniz mənzərəli, təmtərahlı restoranlarından birində çay süfrəsində yığışmışlar. Burada hər kəs gün ərzində qəbul etdiyi məlumatları, ekskursiya haqda olan təəssüratlarını bölüşmüş, eləcə də müştəri qismində Şirkət haqda formalaşmış rəylərini bildirmişlər.

Yüksək etibarlılıq imicinə  malik olan “Atəşgah” Sığorta Şirkəti 1996-cı ildən, “Atəşgah Həyat” Sığorta Şirkəti isə 2008-ci ildən fəaliyyət göstərir.

 

 

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: