Mobil dünyaTəqdimat

“AV-Comparatives” yenidən “Kaspersky” həllini strateji lider elan edib

 “Kaspersky EDR Expert” (KEDR Expert) həlli ardıcıl ikinci ildir ki, “AV-Comparatives” tərəfindən aparılan “Endpoint Prevention and Response” (EPR) sınağının nəticələrinə görə strateji lider (Strategic Leader) statusuna layiq görülür. Bu yüksək mükafat az sayda yanlış xəbərdarlıqlar emal edən və aşağı yekun sahiblik dəyərinə malik həllin yüksək səviyyədə insidentlərin qarşısının alınması və cavablandırılmasını təmin etdiyini təsdiqləyir.

Mürəkkəb hədəfli hücumların sayı artmaqda davam etdikcə, müəssisələr öz biznes aktivlərini qorumaq üçün hərtərəfli və effektiv həllərin tətbiqi də daxil olmaqla, kibertəhlükəsizliyə diqqətlərini artırmalı olurlar. “Coherent Market Insights”ın qiymətləndirməsinə görə, 2023-2030-cu illərdə qlobal EDR bazarının ümumi illik artım tempi 26,12% təşkil edəcək, yəni EDR həlləri sürətlə əksər təşkilatlar üçün standart kibertəhlükəsizlik alətinə çevrilir.

“AV-Comparatives”in sınağında 12 təhlükəsizlik məhsulu iştirak edib. Onların effektivliyini yoxlamaq üçün 50 müxtəlif hədəfli hücum ssenarisi tətbiq olunub. Həllər aşağıdakı göstəricilərə əsasən qiymətləndirilib: insidentə aktiv reaksiya və ya onun qarşısının alınması (Active Response, Prevention), passiv reaksiya və ya aşkarlama, (Passive Response, Prevention), yanlış xəbərdarlqılara çəkilən xərclər (Operational Accuracy Costs) və təhlükəsizlik həllinin funskionallığını davam etdirməsi naminə biznes proseslərinin ləngiməsinə çəkilən xərclər (Operational Accuracy Costs).

 “Kaspersky EDR Expert” həlli yığılmış aktiv və passiv reaksiya səviyyələri səviyyəsi üzrə mütləq 100% nəticə göstərərək bütün 50 hücum ssenarisini aşkar edərək önləyib. Eyni zamanda, sınaq nəticəsində məlum olub ki, məhsuldan istifadə zamanı iş prosesində gecikmələr səbəbindən əlavə xərclər yaranmır, yəni istifadəçilər bütün fayllar təhlil olunana qədər gözləməli olmurlar. “Kaspersky EDR Expert” həm də ən aşağı ümumi sahiblik dəyərinə (TCO) malik ilk 2 məhsul arasında yer alıb.

Araşdırmanın nəticələrinə görə, həll hücumun hər bir addımını “MITER ATT&CK” taktikaları, texnikaları və prosedurları terminləri üzərindən keyfiyyətlə təsvir edir, “SOC” analitiklərini insidentləri araşdırmaq üçün bütün lazımi məlumatlarla təmin edir və bildirişlərin yaratdığı lazımsız “səs-küyü” minimuma endirərək təhlükə xəbərdarlığını düzgün prioritetləşdirməyə kömək edir. 

“Biz flaqman korporativ həllimiz ‘Kaspersky EDR Expert’in real imkanları ilə bağlı kənar ekspert rəyi əldə etmək üçün onun müntəzəm olaraq müstəqil peşəkar sınaqlarda iştirak etməsində maraqlıyıq. Sınaqlar məhsulu təkmilləşdirməyə və effektiv texnologiyalar və həllər hazırlamağımıza kömək edir. ‘AV-Comparatives’ şirkətinin ‘EPR’ testi onlardan biridir. ‘Kaspersky EDR Expert’in korporativ infrastrukturu bütöv şəkildə hədəfli hücumlardan uğurla qoruduğunu və yenidən strateji lider statusunu aldığını öyrənməkdən məmnunuq”, – deyə “Kaspersky”nin Təhdidlərin Araşdırılması şöbəsinin rəhbəri Aleksandr Liskin qeyd edir.

“’Kaspersky EDR Expert’ ikinci ildir ki, öz sinfində strateji lider kimi tanınır. Sınaq zamanı o, qorunan təşkilatın infrastrukturunu bütün hədəfli hücumlardan, hətta onlar daxili şəbəkəyə nüfuz etmədən və onu yoluxdurmazdan əvvəl, qoruyub”, – deyə “AV-Comparatives” şirkətinin baş direktoru və təsisçisi Andreas Klementi öz növbəsində bildirir. 

Bu linkə keçid edərək sınaq nəticələrinə baxa bilərsiniz. “Kaspersky EDR Expert” haqqında ətraflı məlumatı burada tapa bilərsiniz.

 

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!