IqtisadiyyatSağlamlıqTəqdimat

“Avromed” şirkətində könüllü qanvermə aksiyası keçirilib

14 iyun Ümumdünya Qan Donoru günü münasibətilə “Avromed” şirkətində könüllü qanvermə aksiyası keçirilib.

Mərkəzi Qan Bankının həkim-hematoloq heyətinin iştirakı ilə keçirilən aksiyaya “Avromed” şirkətinin 40-a yaxın əməkdaşı qatılıb.

Qanvermə aksiyası zamanı hər bir donorhəkim-hematoloqlar tərəfindən hərtərəfli tibbi müayinə edildikdən sonra onlardan qan götürülüb.

Aksiya zamanı tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan insanların müalicəsində istifadə olunacaq.

Ümumdünya Səhiyyə Təşkilatının 2005-ci ildə qəbul etdiyi bəyannaməyə əsasən, hər il 14 iyun tarixi Ümumdünya Qan Donoru günü kimi qeyd olunur.

Qeyd edək ki, “Avromed”QSChəm korporativ səviyyədə, həm də işçilərinin təşəbbüsü ilə bir çox sosial layihə və xeyriyyə aksiyaları həyata keçirir.

 

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!