IdmanTəqdimat

Azərbaycan Cüdo Federasiyasının (ACF) daha bir hakimi “A” kateqoriyalı hakim statusu qazandı

27-29 oktyabrda Avstraliyanın Pert şəhərində Beynəlxalq Cüdo Federasiyası (BCF) tərəfindən beynəlxalq dərəcəli hakim adının alınması üçün imtahan keçirilib. İmtahan BCF-in hakimlər üzrə direktoru Daniel Florin Laskau və BCF-in hakimlər üzrə komissiyasının katibi Tonino Çyurliyan tərəfindən keçirilib. İmtahanda ACF-in hakimlər komitəsinin üzvü Arzu Acalova da iştirak edib.

Hakimlər nəzəri hissəyə dair imtahan veriblər. Daha sonra, həmin tarixlərdə keçirilən böyüklər arasında Açıq Okeaniya turnirində görüşləri idarə edərək praktiki imtahan veriblər. Həm nəzəri, həm də praktiki imtahanı yaxşı nəticə ilə keçən Arzu Acalova “A” kateqoriyalı yüksək hakimlik lisenziyasını əldə edib.

Xatırladaq ki, cari ildə ACF-in hakimlər üzrə meneceri Mətin Rəhimli və ACF-in hakimlər heyətinin üzvü Nazim Umbayev “A” kateqoriyalı hakim, ACF-in hakimlər heyətinin üzvləri Bəhriyyə Hüseynova və Elşad Əsədov isə “B” kateqoriyalı hakim statusu qazanıblar.

Azərbaycan Cüdo Federasiyası həm milli, həm də beynəlxalq səviyyədə hakimlərin peşəkarlıq səviyyəsinin artırılması, o cümlədən “A” və “B” kateqoriyalı beynəlxalq dərəcəli hakimlərinin sayının çoxaldılması istiqamətində sistemli və ardıcıl fəaliyyətini davam etdirəcəkdir.

 

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!