IqtisadiyyatMobil dünyaTurizmTəqdimat

® Rəqəmsal dünyada birlikdə inkişaf edək!

“Azercell” qadınların texnologiya və biznes sahəsində inkişafı proqramına start verir

“Azercell Telekom” MMC “FemTech” tərəfdaşlığı ilə “Her Improvement” layihəsi çərçivəsində yeniliyə açıq, öyrənmə həvəsli və startap ideyası olan qadınları növbəti uzunmüddətli inkişaf proqramına dəvət edir.

Cari ilin noyabrından 2023-cü ilin aprelinədək olan dövrü əhatələyən proqramda iştirakçılar üçün müasir texnologiyalar, biznes mövzularında təlimlər nəzərdə tutulub. Eyni zamanda, xanımlar proqramlaşdırma dərslərinə qatılmaq, peşəkar mentorlarla, yerli və beynəlxalq bazarda real təcrübəsi olan Informasiya Texnologiyaları liderləri və startap təsisçiləri ilə görüşmək şansı əldə edəcəklər. Layihə çərçivəsində iştirakçılar startap ideyalarının inkişafı üçün inkubasiya proqramını keçmək, öyrəndiklərini praktiki olaraq icra etmək, professional əlaqələr qurmaq imkanı qazanacaqlar. Proqramın sonunda qalib komandaya pul mükafatı təqdim olunacaq.

Layihəyə 16-29 yaş arası xanımlardan ibarət 5 nəfərlik komandalar müraciət edə bilər. Proqrama qoşulma tam ödənişsizdir. Altı ay müddətində aktiv iştirak mütləqdir. Qeydiyyatın son tarixi 2022-ci il noyabrın 20-dir.

Əlavə məlumat və layihəyə qoşulmaq üçün viewform linkinə keçid etmək olar.

“Azercell Telekom” uzunmüddətli “Her Improvement” layihəsinin inkişaf mərhələləri barədə KİV vasitəsilə ictimaiyyəti məlumatlandıracaq və proqramın gedişatı ilə bağlı xəbərləri paylaşacaq.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!