Azərbaycan idmançıları Avropa çempionatında 5 medal qazanıblar
Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən MMA idman növü üzrə Avropa çempionatında Azərbaycan idmançıları 5 medal qazanıblar.
Yusif Əliyev (56 kq) qızıl, Fərman Həsənov (83 kq) gümüş, İmran Abbasquliyev (70 kq), Tahirə Babayeva (61 kq) və Nicat Xankişiyev (56 kq) bürünc medala layiq görülüblər.