Azərbaycan Premyer Liqası: “Zirə” səfərdə “Səbail”i məğlub edib
Martın 8-də futbol üzrə Azərbaycan Premyer Liqasının 20-ci turunun növbəti oyunu keçirilib.
“ASCO Arena”da “Səbail” klubu “Zirə” komandasını qəbul edib.
Görüş qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb. Oyunda hesabı erkən qolla “Zirə” klubu açıb. Oyunun 12-ci dəqiqəsində Davit Volkov fərqlənib – 0:1. Qarşılaşmanın 34-cü dəqiqəsində meydan sahibləri Rauf Əliyevin qolu ilə hesaba tarazlıq gətirib – 1:1. Birinci hissə bu hesabla başa çatıb.
Fasilədən sonra matçın 59-cu dəqiqəsində Ağabala Ramazanov zirəliləri yenidən hesabda önə çıxarıb – 1:2. Oyunda son nöqtəni isə 80-ci dəqiqədə Şafik Tiqrudja qoyub.
Bu qələbədən sonra xal ehtiyatını 23-ə çatdıran “Zirə” turnir cədvəlində beşinci pilləyə yüksəlib. “Səbail” isə 20 xalla yeddinci yerdə qərarlaşıb.
Tura saat “Keşlə”–“Qarabağ” oyunu ilə yekun vurulacaq.
Xatırladaq ki, turun ilk oyun günündə “Qəbələ” öz meydanında “Sumqayıt”ı (5:0), “Neftçi” isə “Sabah”ı böyük hesabla (4:0) məğlub edib.