Azərbaycan Qran-Prisindən əvvəl FIA-da pit-leynə giriş və pit-leyndən çıxış qaydaları dəqiqləşdirilib
Monakoda “Red Bull Racing” komandasının pilotları pit-leynə girişi və pit-leyndən çıxışı göstərən tamamilə sarı xəttə daxil olanda mübahisəli vəziyyət yaranmışdı.
“Ferrari”də protest qaldıraraq, Ferstappenin bolidinin sol ön və arxa şinlərinin qismən sarı xətdən solda yerləşməsini və bununla yürüşlərin direktorunun təlimatının pozulmasını təsdiqləyiblər. Vəziyyətin araşdırılması zamanı müəyyən edilib ki, təlimatlar köhnəlib və bu ifadə əvvəlki fayllardan götürülüb, halbuki 2022-ci ildə qaydalar dəyişdirilib.
Beynəlxalq İdman Məcəlləsinin yeni versiyasında deyilir ki, pit-leyndən çıxan maşının heç bir şini bütöv çıxış xəttini kəsməməlidir. Yürüşün direktoru vəzifəsində Eduardu Freytaşı əvəzləyən Nils Vittix öz təlimatlarında dərhal qaydaların interpretasiyası kursunu deyil, onlara hərfi mənada riayət etmək kursunu göstərib.
Formula 1 Azərbaycan Qran-Prisindən əvvəl yürüş direktorunun təlimatında deyilir: “Beynəlxalq İdman Məcəlləsinin L əlavəsinin 4-cü fəslinin 4-cü və 5-ci paraqrafına müvafiq olaraq, yürüşçülər pit-leynə giriş və çıxış zamanı müəyyən edilən prosedurlara dəqiq riayət etməlidirlər”.
Bu uik-enddə və gələcəkdə məhdudiyyət xətti üzərinə bütün şinlə çıxma qayda pozuntusu hesab ediləcək.
Xatırladaq ki, Formula 1 çempionatının Azərbaycan mərhələsi iyunun 10-dan 12-dək Bakıda keçiriləcək.