Azərbaycanda koronavirus infeksiyasına 272 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 272 yeni yoluxma faktı qeydə alınıb, 80 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 340 min 715 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 332 min 136 nəfər müalicə olunaraq sağalıb, 5 min 9 nəfər vəfat edib. Aktiv xəstə sayı 3 min 570 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 min 616, bu günə qədər isə ümumilikdə 3 milyon 980 min 697 test icra olunub.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: