TəhsilTəqdimat

Azərbaycan Skautlar Assosiasiyasının “Lider – təşkilatın təməlidir” layihəsi həyata keçirilib

Azərbaycan Respublikası Gənclər Fondunun elan etdiyi XI Qrant müsabiqəsi çərçivəsində “A” kateqoriyası üzrə qalib olmuş Azərbaycan Skautlar Assosiasiyasının “Lider – təşkilatın təməlidir” layihəsi həyata keçirilib başa çatmışdı.
Əsas məqsədi daha öncə Azərbaycan Gənclər Fondu tərəfindən maliyyələşdirilmiş layihələrin nəticəsi olaraq yaradılmış və fəaliyyət göstərən gənc liderlərin bilik və bacarıqlarının peşəkar şəkildə inkişafını həyata keçirtmək olan layihə 2 hissədən ibarət formada baş tutmuşdur.
Layihənin “Lider – təşkilatın təməlidir” adlanan II hissəsi 21 – 24 mart 2019-cu il tarixlərində Astarada tamamlanmışdı.
Belə ki,layihənin “Liderlik məktəbi” təlimlərini özündə əks etdirən I hissəsi  18-20 yanvar 2019-cu il tarixlərində Mingəçevir şəhərində keçirilməklə, Respublikamızın 11 rayonundan ümumilikdə 26 nəfər skautun iştirakı ilə nəticələnmişdir. Layihə çərçivəsində ilkin olaraq təbliğat-təşviqat işləri və təqdimatlar həyata keçirilmiş, 3 gün ərzində liderlərə “Lider kimdir? – psixoloji yanaşma”, “Skaut lideri kimdir?”, “Uşaqlar və onların yaş psixologiyası”, “Qərar vermə, yaradıcılıq və komanda ruhunun əhəmiyyətini əks etdirəcək praktiki təlim”, “Münaqişələrin və onların həlli” və s. mövzularını əhatə  edən təlimlər həyata keçirilmişdir.
Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!