IqtisadiyyatTurizmTəqdimat

Azərbaycanla Hindistanın turizm əlaqələri inkişaf edir

Hindistanla turizm üzrə əməkdaşlıq perspektivləri iyulun 20-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Hindistanın Azərbaycandakı səfiri Sridharan Madhusudhanan arasında keçirilən görüşdə müzakirə olunub.

Dövlət Turizm Agentliyindən bildirilib ki, görüşdə ikitərəfli münasibətlərin inkişaf perspektivləri, qarşılıqlı tanıtım tədbirləri, ölkəmizdə hindistanlı turistləri cəlb edən mədəni-tarixi amillər, son dövrlərdə hindistanlı turistlərin Azərbaycana səfərlərinin intensivləşməsi, birbaşa uçuşların sayının artırılması məsələləri müzakirə olunub. Həmçinin qeyd olunub ki, cari ilin avqust ayından etibarən “IndiGo Airlines” aviaşirkəti tərəfindən Hindistandan Azərbaycana birbaşa uçuşların həyata keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, 2023-cü ilin birinci yarımilliyində Hindistandan Azərbaycana 47 670 nəfərdən çox xarici ziyarətçi səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfədən çox, 2019-cu ilin eyni dövrü ilə müqayisədə isə 1,7 dəfə artım deməkdir.

Hindistan vətəndaşlarına Azərbaycana səyahət üçün sadələşdirilmiş “e-visa” sistemi tətbiq olunur. Hazırda Delhi-Bakı-Delhi istiqamətində “Azərbaycan Hava Yolları” tərəfindən birbaşa uçuşlar həyata keçirilir.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!