AirnewsTurizmTəqdimatƏn SonƏn Son

AZAL “Təyyarə bələdçisi” vəzifəsinə işə qəbulu davam etdirir

Azərbaycanın milli aviadaşıyıcısı AZAL namizədləri aviaşirkətin təcrübəli təyyarə bələdçiləri komandasına qoşulmağa dəvət edir.

Təyyarə bələdçiləri ekipajın ayrılmaz hissəsi olaraq hər bir uçuşda vacib rol oynayırlar. Onlar sərnişinlərin rahatlığı üçün xidmət göstərməklə yanaşı, təyyarə göyərtəsində təhlükəsizliyi təmin edirlər.

Problemlərin həllində çeviklik, hər sərnişinə fərdi yanaşma, istənilən vəziyyətə tez reaksiya vermək bacarığı bu peşəni xüsusi edən əsas cəhətlərdir.

Təyyarə bələdçisi vəzifəsinə müraciət edən namizədlər dəqiqlik, operativlik və punktuallıq kimi keyfiyyətlərə sahib olmalı, stresli vəziyyətlərdə soyuqqanlı davranmağı bacarmalıdırlar.

“Təyyarə bələdçisi” vəzifəsinə dair tələblər haqqında ətraflı məlumat üçün bu linkə daxil olun: https://glorri.com/azal/6580431c21cae5c4b836ca95

Namizədlər bu vakansiya üzrə www.azal.az saytının “Karyera” bölməsindən müraciət edə bilərlər. Həmçinin CV-ləri careers@azal.az poçt ünvanına göndərmək və ya Heydər Əliyev Beynəlxalq Aeroportunun 2-ci Terminalının “Beynəlxalq uçuşlar” (Şimal) girişində yerləşdirilən xüsusi qutuya atmaq olar.

 “Azərbaycan Hava Yolları”na qoşulun və peşəkar komandanın bir hissəsi olun!

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!