IqtisadiyyatTurizmTəqdimat

“Azerbaijan International Mining Company Limited” (AIMC) şirkəti yeni mədən texnikalarını təqdim edəcək

Dekabrın 11-də “Azerbaijan International Mining Company Limited” (AIMC) şirkəti Gədəbəydə təqdimat mərasimi keçirəcək.
Təqdimat mərasimində yeni kəşf olunmuş “Gilar” və “Zəfər” yeraltı mədənlərinin inkişafı və gələcək istismarı üçün yeni alınmış yeraltı mədən texnikaları göstəriləcək. Bu texnikalar Azərbaycan mədən sənayesində ilk dəfə olaraq tətbiq olunacaq.
Tədbirdə AIMC-nin rəhbər şəxsləri, əməkdaşlarının, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələrinin, yerli İcra Hakimiyyəti və media nümayəndələrinin iştirakı gözlənilir.
Təqdim olunacaq avadanlıqlar ən müasir tələblərə cavab verir. Görülən işin effektivliyini və səmərəliliyini təmin etmək və həmçinin gələcək istehsal gücünü artırmaq üçün nəzərdə tutulub.

Xatırladaq ki, AIMC Azərbaycanda qızılçıxarma sənayesinin yaradılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının bir sıra qızıl yataqlarının kəşfiyyatı və işlənməsi barədə” 5 fevral 1996-cı il tarixli Sərəncamına uyğun olaraq Azərbaycan höküməti ilə ABŞ-ın “RV Investment Group Services LLS” şirkəti arasında 1997-ci il avqustun 20-də imzalanmış hasilatın pay bölgüsü haqqında Sazişə və ona 20 iyun 2022-ci il tarixli dəyişikliyə əsasən Zəngəzur iqtisadi zonasında yerləşən işğaldan azad edilmiş Qızılbulaq, Dəmirli və Vejnəli qızıl, mis və polimetal yataqlarının kəşfiyyatı və işlənməsi hüququna sahibdir.

 

 

Leave a Reply