Mobil dünyaTəqdimatƏn SonƏn Son

® Azercell Bərdəlilərin yanındadır!

Mobil operator Bərdə sakinlərini dəstəkləmək məqsədilə onların balansını bütün istiqamətlərdə zəng və SMS üçün artırdı

Azərbaycan xalqının öz əzəli torpaqlarının düşməndən azad edilməsi yolunda cəbhədəki uğurlarının artdığı ərəfədə erməni separatçılarının təxribatları və dinc əhaliyə qarşı terror aktları, təəssüf ki, dayanmır. Oktyabrın 27-si və 28-də Bərdə şəhərinin çoxsaylı raket atəşlərinə tutulması nəticəsində mülki əhalinin ölümü və yaralanması bütün ölkəmizi sarsıltdı.

Bu məqamda Bərdədə olan insanların daha çox telefon zəngləri etdiyini nəzərə alaraq, Azercell şirkəti hazırda zərbə altında olan qədim Bərdə şəhərindəki abunəçilərinə rabitə dəstəyi göstərib və onların balansına bütün istiqamətlərdə zənglər üçün 50 dəqiqə və 50 SMS yükləyib. Ümid edirik ki, bu dəstək Bərdədə olan vətəndaşlarımızın rabitə qayğılarının nisbətən aradan qaldırılmasına yardımçı olacaq.

Xatırladaq ki, bundan öncə də Azercell dəfələrlə düşmən raketlərinin qurbanına çevrilmiş Gəncə şəhərinin sakinləri üçün də analoji olaraq bütün istiqamətlərdə balans artırmışdı.

Ermənistanla uzun sürən münaqişə şəraitində dinc Azərbaycan əhalisinə qarşı edilən zorakılıq qəbuledilməzdir və hərbi cinayətə aid olunur. Dünya ictimaiyyətinin erməni təxribatlarına biganə qalmamasına ümid edir və ordumuzun döyüş meydanında düşmənə layiqincə cavab verəcəyinə inanırıq!

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Qarabağ Azərbaycandır!

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!