EventsMobil dünyaTəqdimat

“Azercell” kiber- təhlükəsizlikdə ölkədə top üçlükdədir

“Azercell”-in Cybercell komandası “Critical Infrastructure Defence Challenge 2023” (CIDC-2023) müsabiqəsində vitse-çempion oldu

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə təşkilatçılığı ilə keçirilən “Critical Infrastructure Defense Challenge 2023” (CIDC-2023) tədbiri Azərbaycanın kibertəhlükəsizlik sahəsində mühüm mərhələnin əsasını qoydu. 

Azərbaycanda ilk dəfə kiber hücumların simulyasiyası ilə keçirilən virtual müharibədə dövlət qurumları, təhsil və telekommunikasiya müəssisələri, bankların informasiya texnologiyaları üzrə komandaları iştirak edib. 

Müsabiqədə “Azercell”-in Təhlükəsizlik Departamentinin əməkdaşları – Vüsal Həsənov, Əmiraslan Quliyev, Cavid Cabbarlı, Əhməd Hacılı və Çingiz Balabəyovdan ibarət “Cybercell” komandası vitse-çempion titulunu qazanıb. Departamentin əməkdaşı İsmayıl Eyyub isə fərdi yarışda 136 iştirakçı arasında birinci yer tutub. 

“Azercell”-in Təhlükəsizlik departamentinin rəhbəri Fuad Səfərov komandanın çıxışı haqqında danışıb: ““Cybercell”-in CIDC 2023 müsabiqəsindəki nəticələri ilə qürur duyuruq. Bu, bizim həm kiber-təhdidlərə qarşı mübarizəmizin, həm də “Azercell” olaraq müştərilərimizin təhlükəsizliyini hər şeydən üstün tutmağımızın əyani  nümunəsidir. Müsabiqədə fərdi yarışlarda birincilik qazanmış əməkdaşımız İsmayıl Eyyubu isə qələbəsi  münasibətilə təbrik edir və ona yeni-yeni uğurlar arzu edirik!”.

Qeyd edək ki, kritik infrastruktur kateqoriyasına aid olan dövlət və özəl qurumlardan ümumilikdə 41 komanda bu yarışda iştirak edib ki, onlardan 20 komanda finala yüksəlib. Finalda iştirakçılar real kiber-hücum hallarını simulyasiya edilməklə, böhran halında infrastrukturun mühafizəsini təmin etmək kimi tapşırıqlar yerinə yetiriliblər. “Azercell”-in “Cybercell” komandası bütün tapşırıqların öhdəsindən yüksək peşəkarlıqla gələrək yarışın mükafatçıları sırasına daxil olub. 

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!