IqtisadiyyatMobil dünyaTəhsilTəqdimat

Azercell “Tələbə Təqaüdü Proqramı 2024” üçün qeydiyyatı açıq elan edir!

Lider mobil operatorun  “Tələbə Təqaüdü Proqramı”na seçilmiş tələbələri aylıq 300 azn məbləğində təqaüd gözləyir

Azercell müvəffəqiyyətlə təhsil alan və akademik fərq nümayiş etdirən tələbələri təhsilə daha çox həvəsləndirmək, yüksək potensiala malik gənclərin gələcək mütəxəssis kimi  formalaşmasına dəstək olmaq məqsədilə növbəti “Tələbə Təqaüdü Proqramı”na start verir. 

Şirkət “Tələbə Təqaüdü Proqramı 2024”ə seçilmiş 10 tələbəyə aylıq 300 azn məbləğində təqaüd təqdim edəcək. 

Data Elmi, Şəbəkə, İnformasiya Texnologiyaları, Kibertəhlükəsizlik, Marketinq sahələri üzrə Azərbaycan Respublikasının müxtəlif ali təhsil müəssisələrində bakalavr təhsili alan sonuncu 2 kursun tələbələri bu proqrama müraciət edə bilərlər. Namizədlərin son 2 kurs qiymətləri A və ya B (5 və ya 4) olmalıdır. 

Azercell-in “Tələbə Təqaüdü Proqramı”na müraciət etmək üçün şirkətin rəsmi veb səhifəsində (www.azercell.jobs) müvafiq linkə keçid almaq lazımdır. Seçim mərhələlərinin gedişi və nəticəsi haqqında məlumat namizədlərin elektron poçtuna göndəriləcək. Ərizələr 01.10.2023-dən 31.10.2023 tarixinədək və yalnız onlayn formatda qəbul ediləcək.

Əlavə məlumat üçün telebe@azercell.com ünvanına müraciət edə bilərsiniz. 

Qeyd edək ki, Azercell əməkdaşlarının Gəncə (17.10.2023), Naxçıvan (23.10.2023) və Lənkəran (30.10.2023) şəhərlərinə səfər edərək proqram çərçivəsində universitetlərdə tələbələrlə görüşləri də təşkil olunacaq.

Azercell-in “Tələbə Təqaüdü Proqramı” yalnız maddi dəstəklə məhdudlaşmır. Hər il bu proqram çərçivəsində onlarla gənc Azercell-də təcrübə keçərək telekommunikasiya sahəsi üzrə biliklərini artırır və gələcək karyeraları üçün əvəzedilməz təcrübə qazanırlar. 

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!