CinemaEventsTəqdimat

CinemaPlus-da “Parazitlər”in yaradıcılarından Koreyanın “Ay” fantastik filminin nümayişi keçiriləcək

 “CinemaPlus” premium kinoteatrlar şəbəkəsində oktyabrın 5-dən etibarən məşhur “Parazitlər” filmini yaradan CJ Studio tərəfindən “Ay” Cənubi Koreya fantastik trillerinin nümayişi baş tutacaq.

Film Hollivud səviyyəsində hazırlanıb və eyni zamanda “Qravitasiya”, “Marslı” və “Apollon 13” kimi kosmik fantastikaları xatırladır. “Ay” dramı kosmos və fəlakət filmlərinin pərəstişkarlarını baş qəhrəmanlarla birlikdə iki saat ərzində təlaş içində saxlayacaq. 

Rejissor Kim Yonq-hva baş qəhrəmanın evdən on minlərlə kilometr uzaqda olduğu anı rəngarəng təsvir edir. Rejissor deyir: “Mən təkcə texniki mükəmməlliyi nümayiş etdirməyən, həm də emosional dərinliyi olan bir film yaratmaq istədim. İnanıram ki, Koreya kinosu digər kosmos mövzulu filmlərdən fərqlənmək üçün kifayət qədər inkişaf edib”.

Baş rollarda Sol Kyunq-qu, To Kyunq-soo, Kim Hee-ae və başqaları çəkilib.

Film haqqında qısaca: 2029. Cənubi Koreya Aya üç astronavt göndərir, lakin Günəşdə partlamalar kosmik gəminin qəzaya uğramasına səbəb olur. Yalnız bir ekipaj üzvü Ayın qaranlıq tərəfinə məcburi eniş edərək, sağ qalır. İndi NASA-nın bütün qüvvələri və Yer kürəsinin ən yaxşı mütəxəssisləri onun həyatını xilas etməyə çalışır.

Qeyd etmək istərdik ki, “Ay” filmi “CinemaPlus” kinoteatrında ilk dəfə olaraq orijinal dublyajda Koreya dilində (Azərbaycan dilində altyazı ilə), eləcə də Rus dilində (Azərbaycan dilində altyazı ilə) nümayiş olunacaq.

“CinemaPlus” hər zaman sizə xoş sürprizlər etməyə və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.

https://www.youtube.com/watch?v=Bi0qXng2bEg

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!