Azərbaycanda yeni növ koronavirus infeksiyasına 615 yeni yoluxma faktı qeydə alınıb
Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 615 yeni yoluxma faktı qeydə alınıb, 181 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 5 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 342 min 548 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 332 min 574 nəfər müalicə olunaraq sağalıb, 5 min 19 nəfər vəfat edib. Aktiv xəstə sayı 4 min 955 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 min 423, bu günə qədər isə ümumilikdə 4 milyon 14 min 73 test icra olunub.