BƏƏ UŞAQLAR GÜNÜNÜ QEYD EDİR

Hər il martın 15-də Birləşmiş Ərəb Əmirliklərində(BƏƏ) Uşaqlar gününü qeyd edilir.

Bu barədə BƏƏ-nin Bakıdakı səfirliyindən bildirilib.

Qeyd edilib ki, bu il bu xüsusi günün mövzusu “Səhiyyə hüququ”dur. BƏƏ bütün uşaqlar, o cümlədən fiziki qüsuru olan insanlar və onların ailələri üçün səhiyyə hüququnu təbliğ edir.

“Ümum Qadınlar Birliyinin sədri, Analıq və Uşaqlaq üzrə Ali Şuranın sədri, Ailə İnkişafı Fondunun Ali sədri Şeyxa Fatimə bint Mübarəkin göstərişləri altında illik qeyd edilən bu Günün mesajında deyilir ki, səhiyyə hüququ ən mühüm insan haqqıdır, xüsusilə də fiziki və əqli inkişaf naminə sağlam qalmaq üçün uşağın səhiyyə hüququ ən önəmlidir.

Uşağın yerinə yetirilməli olan ən mühüm ehtiyaclarından biri də dinindən, irqindən və ya etnik fərqliliyindən asılı olmayaraq, bütün uşaqların eyni hüquq və imtiyazlardan istifadə etməsidir. Onlar üçün balanslaşdırılmış şəxsiyyətin formalaşmasını təmin etmək üçün fizioloji ehtiyaclar, təhlükəsizlik, minnətdarlıq, sevgi, qiymətləndirmə, fiziki güvən, anlayış, bilik və özünüdərk təmin edilməlidir.

Ailə himayəsində olan hər bir uşağın yaxşı sağlam ailə həyatı yaşamaq hüququ vardır; təmiz ətraf mühit, sağlam qidalanma. Uşaq oyun oynamağa, idmana və qrup fəaliyyətlərinə həvəsləndirilməlidir.

BƏƏ inanır ki, uşağın bu hüququ xoşbəxt ailə, sevgi və anlayış mühitində, eləcə də ləyaqət, bağışlama, azadlıq, bərabərlik və qardaşlığın hökm sürdüyü cəmiyyətdə böyümək üçün onun sosial hüququdur.

Vurğulanmalıdır ki, BƏƏ-Azərbaycan ikitərəfli münasibətləri ildən-ilə müxtəlif sahələrdə, o cümlədən sosial məsələlərdə inkişaf edir. Beləliklə, BƏƏ-nin Bakıdakı səfirliyi öz növbəsində mütəmadi olaraq uşaqlara həsr olunmuş təşəbbüslər həyata keçirir.

Ötən illər ərzində Səfirlik uşaqlara məktəb ləvazımatları hədiyyə edib, onları ziyarət edərək,  ünsiyyətdə olub.

Beləliklə, Azərbaycandan olan tərəfdaşlarımızla birlikdə möhtərəm liderlərimizin yaratdığı dostluq körpüsünü möhkəmləndirməyə davam edirik”,-deyə səfirliyin məlumatında bildirilib.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!