Bakı 2017 komanda idman növləri üzrə püşkatma nəticələrini elan edir
Bakı 2017 İslam Həmrəyliyi Oyunları 12 may tarixində keçiriləcək oyunlar münasibətilə 6 aprel tarixində komanda idman növləri üzrə püşkatma mərasimi keçirdi.
Milli televiziya kanalı ilə canlı yayımlanan püşkatma mərasimi Bakı 2017 İslam Həmrəyliyi Oyunlarında təmsil olunacaq beş komanda idman növünü – futbol, voleybol, basketbol 3×3, həndbol və su polosu – əhatə edirdi.
Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının 12-22 may tarixlərində keçirilməsi planlaşdırılsa da, idman yarışları ilkin futbol, həndbol və voleybol görüşləri ilə 8 may tarixində başlayacaq.
Oyunlarda 57 islam ölkəsindən olan 20 idman və 2 para-idman növü üzrə idmançıların iştirak etməsi gözlənilir.
Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının komanda idman növləri üzrə püşkatma mərasiminin nəticələri aşağıdakı kimidir:
Futbol:
Qrup A: Azərbaycan, Kamerun, Səudiyyə Ərəbistanı, Mərakeş
Qrup B: Fələstin, Oman, Əlcəzair, Türkiyə
Hər qrupun ən çox xal toplamış iki komandası yarımfinal görüşlərinə vəsiqə qazanacaq və bu görüşlərin qalibləri qızıl medal uğrunda mübarizə aparacaq. Yarımfinal görüşlərində uduzan tərəflər bürünc medal qazanmaq üçün yarışacaq.
Su polosu (Kişilər): İran, Türkiyə, Səudiyyə Ərəbistanı, Azərbaycan, İndoneziya
Bütün komandalar bir dəfə bir-biri ilə oynayacaq. Yarışın sonunda ən çox xal toplamış üç komanda müvafiq olaraq qızıl, gümüş və bürünc medallarla mükafatlandırılacaq.
Voleybol (qadınlar): Azərbaycan, Türkiyə, Kamerun, Qırğızıstan, Tacikistan
Bütün komandalar bir dəfə bir-biri ilə oynayacaq və ən çox xal toplayan dörd komanda yarımfinala çıxacaq. Yarımfinal görüşlərinin qalibləri qızıl medal uğrunda görüşdə qarşılaşacaq. Yarımfinal görüşlərində uduzan tərəflər bürünc medal qazanmaq üçün yarışacaq.
Voleybol (kişilər):
Qrup A: Azərbaycan, Türkiyə, Türkmənistan, Pakistan, Fələstin
Qrup B: İran, Qətər, Səudiyyə Ərəbistanı, Mərakeş
Hər qrupun ən çox xal toplamış iki komandası yarımfinala çıxacaq. Yarımfinal görüşlərinin qalibləri qızıl medal uğrunda görüşdə qarşılaşacaq. Yarımfinal görüşlərində uduzan tərəflər bürünc medal qazanmaq üçün yarışacaq.
Basketbol 3×3 (qadınlar):
Qrup A: Türkmənistan, Azərbaycan, Əlcəzair, Mali, Əfqanıstan
Qrup B: İndoneziya, Türkiyə, Suriya, Fələstin, Pakistan
Basketbol 3×3 (kişilər):
Qrup A: Türkiyə, Azərbaycan, Türkmənistan, Səudiyyə Ərəbistanı, Pakistan
Qrup B: İndoneziya, Qətər, Kot-d’İvuar, Mali, İordaniya
Hər qrupun ən çox xal toplamış dörd komandası dörddə bir final görüşlərinə vəsiqə qazanacaq. Bu görüşlərin qalibləri yarımfinala çıxacaq. Bu mərhələdə qalib gələn iki komanda isə qızıl medal qazanmaq uğrunda mübarizə aparacaq. Yarımfinal görüşlərində uduzan tərəflər bürünc medal qazanmaq üçün yarışacaq.
Həndbol (qadınlar): Kamerun, Özbəkistan, Kot-d’İvuar, Türkiyə, Azərbaycan
Bütün komandalar bir dəfə bir-biri ilə oynayacaq. Bundan sonra ilk iki yeri tutmuş komandalar qızıl medalın qalibini müəyyənləşdirmək üçün yarışacaq. Üçüncü və dördüncü yeri tutmuş komandalar isə bürünc medal qazanmaq üçün qarşı-qarşıya gələcək.
Həndbol (kişilər):
Qrup A: Əlcəzair, Səudiyyə Ərəbistanı, Pakistan, Azərbaycan
Qrup B: Türkiyə, Mərakeş, İraq, Əfqanıstan
Hər qrupun ən çox xal toplamış iki komandası yarımfinala çıxacaq. Yarımfinal görüşlərinin qalibləri qızıl medal uğrunda görüşdə qarşılaşacaq. Yarımfinal görüşlərində uduzan tərəflər bürünc medal qazanmaq üçün yarışacaq.
Bakı 2017 İslam Həmrəyliyi Oyunlarına biletlər Baku2017 veb-saytı www.baku2017.com/az/biletler vasitəsilə onlayn rejimdə və ya Bakıda yerləşən 12 satış məntəqəsindən əldə edilə bilər.
Frame.az