Bakıda “Azərbaycanın qış gözəllikləri” adlı fotosərgi açılıb

Yanvarın 5-də Bakı Fotoqrafiya Evində “Sehrli Qala” festivalı çərçivəsində ölkəmizin qış mənzərələrini əks etdirən fotosərgi açılıb.

Frame.az xəbər verir ki, əvvəlcə İçərişəhər Muzey Mərkəzinin direktoru Əminə Məlikova sərginin əhəmiyyətindən danışaraq, Mərkəzin təşkilatçılığı ilə açılan bu sərginin 2023-cü il üçün ilk tədbirlər sırasında olduğunu bildirib. O deyib ki, “Azərbaycanın qış gözəllikləri” adlı sərginin təşkilindən məqsəd ölkəmizin qış gözəlliyini nümayiş etdirmək, əhalinin diqqətini Azərbaycanın təbiətinə yönəltmək, gənclərin mənzərə fotoqraflığına marağını artırmaq və bu istiqamətdə istedadlı müəlliflərə dəstək olmaqdır.

Tədbirin kuratoru, fotoqraf Rüstəm Hüseynov və fotoqraf Aydın Mehdiyev sərgidə iştirak edən bütün fotoqrafları təbrik edərək, bu cür sərgilərin açılmasının gözəl və vacib iş olduğunu vurğulayıblar. Bildirilib ki, layihənin ideyası adətən isti mövsüm mənzərələrini əks etdirən sərgiləri ziyarət edərkən yaranıb. Düşünülüb ki, həmin sərgilərdə qış mənzərələrini də əks etdirən fotoların yer alması daha maraqlı ola bilər. Bütün bu gözəlliklər diqqətdən yayınmayıb və geniş ictimaiyyətə təqdim olunub.

 

Sonra sərgiyə baxış keçirilib.

Qeyd edək ki, sərgi yanvarın 12-dək davam edəcək.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: