Bakıda ikinci İndoneziya Mədəniyyət Festivalı keçiriləcək

Sentyabrın 9-da və 10-da Bakıda ikinci İndoneziya Mədəniyyət Festivalı keçiriləcək.

Frame.az xəbər verir ki, festivalın birinci günü Heydər Əliyev Sarayında baş tutacaq. Burada festival iştirakçıları İndoneziyanın məşhur caz musiqiçisi Dhiki Darmawanın musiqi çıxışından, eləcə də Azərbaycan tələbələrinin və İndoneziyanın professional rəqqasları tərəfindən ifa olunacaq İndoneziyanın ənənəvi və milli rəqs nömrələrindən həzz ala biləcəklər.

Festivalın ikinci günü isə Dənizkənarı Milli Parkda davam edəcək. Burada “Fun walk” yürüşü olacaq. Hər kəs birlikdə yürüş edib mahnı oxuya, rəqs edə biləcək.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: