Bakıda ilk dəfə beynəlxalq piano festivalı təşkil ediləcək

Mayın 20-dən 27-dək Mədəniyyət Nazirliyinin dəstəyi ilə paytaxtımızda ilk dəfə Birinci Bakı Beynəlxalq Piano Festivalı keçiriləcək.

Frame.az xəbər verir ki, festivalda bütün janrları özündə cəmləşdirən 15-ə yaxın konsert nəzərdə tutulur. Festivalın təsisçisi və direktoru Əməkdar artist Şahin Növrəslidir.

Qeyd edək ki, festivalda caz, flamenko, tanqo, klassik və müasir musiqilər daxil olmaqla, bir çox yerli və dünya musiqisi inciləri səslənəcək. Bir həftə davam edən festival Bakı şəhərinin ən maraqlı tədbirlərindən birinə çevrilməklə, ziyarətçilərə canlı musiqi sədaları altında ecazkar atmosfer bəxş edəcək.

Festival üçün biletləri onlayn əldə etmək mümkündür. Biletlərin qiyməti keçiriləcək məkan və konsertdən asılı olaraq dəyişir.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: