CinemaEventsTəqdimat

Bakıda ilk dəfə “Barbekyu-parti” Cinema Plus Amburan Mall-da

Tədbir “CinemaPlus Amburan Mall” premium kinoteatrında təşkil olunmuşdur. Qonaqların qarşısında hazırlanmış təzə ət, limitsiz müxtəlif içkilər qonaqları gecənin sonunadək müşaiyət edib. 

Gecənin qonaqları azərbaycanlı ulduzlar, sahibkarlar, təşkilat rəhbərləri, aktyorlar, ifaçılar, aparıcılar, rejissorlar, produserlər, bloqqerlər, KİV və bomond nümayəndləri olmuşdular.

Kinoteatrda, həmçinin musiqi müşaiyəti ilə bayram atmosferi təşkil olunmuşdur. DJ bütün gecəni dinamik musiqi ilə insanları əyləndirirdi.

Tədbir 2018-ci ildə “Cinemazadeh” studiyasında peşəkar azərbaycan dilində dublyaj olunmuş dramatik  ispan filmi –  “Eskobar”ın nümayişi ilə bitmişdir.
Filmi dublyaj etmişdilər: Aqil M. Quliyev, Oksana Rəsulova, Tural Əsədov, Elşən Rüstəmov, Kazım Abdullayev, Vüsal Murtuzəliyev, Səid Nizami, Rövşən Məmmədli, Xətai Əli, Vüsal Hacıqədir, Hüsniyyə Mürvətova, Raksana Vəliyeva, Vüsal Xalıqoğlu, Nəzakət Şahbazi, Zemfira Abdulsəmədova, Müşfiq Mirzəzadə, Vüqar Hüseynov və Kamran Ağabalayev.

Dublyajın baş redaktoru Xətai Əli, rejissor Rövşən Məmmədli, səs rejissoru Orxan Ağalarov və Natiq Şirəliyev, səs operatoru Vüsal Abdulhəsənov, tərcüməçi Afaq Vasifqızı, post-prodakşn supervayzer Vüqar İslamzadə, baş produser Cəfər Axundzadə.

Filmin rejissoru və ssenariçisi Fernando Leon de Aranoadır. Film kolumbiyalı narkobaron Eskobar haqqında bəhs edir. Baş rollarda Xavyer Bardem, Penelopa Kruz, Piter Sarsqaard.
Həmçinin, qeyd edək ki,  “CinemaPlus Amburan Mall” premium kinoteatrı kino həvəskarlar üçün 24 saat işləyəcək.

Kinoteatr Bilgəh qəsəbəsində, “Amburan Mall” ticarət mərkəzinin birinci mərtəbəsində yerləşir. “CinemaPlus Amburan”da dünya standartlarına cavab verən 3 zal var. Zallar rahat və ispan istehsalı olan yüskək səviyyəli kreslolar ilə təchiz olunub. Bundan başqa “CinemaPlus” Amburan Mall-da Master İmage 3D texnologiyası tətbiq olunur.
Tədbirin təşkilində dəstək olmuşdular: Cinemazadeh dublyaj studiyası, Cinema Distribution

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!